ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

Dekabrın 27-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib. ƏHD Partiyası mətbuat xidmətindən Olaylar-a bildirilib ki,gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verib. 
İclasda təşkilati işlər, respublikada və dünyada ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr və cari məsələlər müzakirə olunub. Partiyanın Ali Məclisinin tərkibinə yeni üzvlər təsdiq edilib.
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev respublikada və dünyada ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə edib. 
Daha sonra ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı təşkilati işlərlə bağlı məlumat verib. 
İclasda həmçinin Ali Məclis üzvlərinin sualları cavablandırılıb.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31