Zaxarovadan müəmmalı AZAL açıqlaması: Putin də eyni taktikaya əl atdı
19:31 SiyasətRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın AZAL-a məxsus təyyarənin bu ölkənin hava məkanında qəzaya uğraması ilə bağlı sözləri maraqla qarşılanıb.
Zaxarov, Rusiya Prezidenti Vladimir Putinin qəzadan sonra - ötən ilin 28 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı üzr istədiyini xatırladıb. XİN rəsmisi həmçinin qəzaya görə Ukraynanı ittiham edib.
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Mariya Zaxarovanın dedikləri doğru deyil:
"Xüsusilə mən Putinin şifahi şəkildə Azərbaycandan üzr istədiyini görməmişəm. Zaxarova və Rusiya bu yolla məsuliyyətdən yayınmaq istəyir. Hadisə baş verən andan etibarən eyni davranışı sərgiləyirlər. Lakin bu, elə bəsit bir hadisə deyil və sadəcə üzrxahlıqla üzərindən keçmək mümkünsüzdür.
Görünən odur ki, Rusiyanın təzminat ödəmək niyyəti yoxdur. Zaxarovanın torpaqlarını işğal edib minlərlə insanı didərgin saldıqları Ukraynanı qəza məsələsində yenidən hədəfə gətirməsi bunu deməyə əsas verir. Əslində vəziyyətin belə olacağı da əvvəlcədən bəlli idi.

Vaqif Hüseyn
Rusiya imperialist bir ölkədir və illərdir bu ritorika əsasında hərəkət edir. Belə ölkələrin özlərindən zəif və ya keçmiş müstəmləkəsi hesab etdikləri dövlətlərdən üzr istəməsi inandırıcı görünmür. Rusiya hələ də keçmiş SSRİ ərazilərini öz torpaqları kimi görür. Bu, Kremlin keçmiş respublikalara münasibətində də açıq şəkildə özünü göstərir.
Moskva bu gün açıq şəkildə keçmiş ittifaq respublikalarının onun işğalçı müharibəsinə dəstək verməsini gözləyir. Lakin bu, mümkün deyil. Hətta Belarus belə müharibə məsələsində Rusiya ilə eyni mövqedə deyil. Kreml bu davranışında israrlı olarsa, tək qalacaq".
Turan Rzayev