Nazir ermənilərin "Qara siyahı"dan çıxarılması məsələsinə aydınlıq gətirib
18:09 Siyasətİşğal aradan qaldırıldıqdan sonra həmin şəxslər Azərbaycana müraciət etdikdə, günahlarını etiraf etdiyi təqdirdə onlar qara siyahıdan çıxarıla bilər.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Ceyhun Bayramov qeyd edib ki, 30 il ərzində iki min nəfərdən ibarət bir qara siyahı formalaşıb:
"Son illərdə müraciət əsasında onlarla şəxs qara siyahıdan çıxarılıb".
Nazir vurğulayıb ki, qara siyahıda yer alan bu şəxslərin Azərbaycana səfər etməsindən söhbət gedə bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31