Delimitasiya işləri davam edir - Ceyhun Bayramov
16:53 SiyasətDelimitasiya işləri dayanmayıb, işlər davam edir. İki ölkədə komissiyalar intensiv çəkildə fəaliyyətdədirlər.
Olaylar.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu iş yalnız yalnız görüşlərdən ibarət deyil. Delimitasiya çox mürəkkəb prosesdir. Çox texniki detallar var.
"Ümumi yanaşmada razılıq var. Razılıq ondan ibarətdir ki, delimitasiya şimaldan-cənuba həyata keçiriləcək. Delimitasiya birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və ekslav torpaq məsələləri də öz həllini tapacaq",-deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31