Sülhə doğru çətin yol: Trampın təşəbbüsü, Papanın çağırışı və Kremlin susqunluğu- ÖZƏL

Ukraynada müharibə artıq yalnız hərbi qarşıdurma deyil, eyni zamanda dini, humanitar və geosiyasi böhran səviyyəsinə çatıb. Milad ərəfəsində Papa XIV Leon Ukraynada 24 saatlıq atəşkəs çağırışı edib. "Vatican News"a görə, pontifik Rusiyanın bu çağırışı rədd etməsini təəssüflə qarşılayıb və hərbi əməliyyatların dayandırılması üçün yenidən müraciət edib. Kremlin bu addımı atıb-atmayacağı isə beynəlxalq siyasi gündəmin diqqət mərkəzindədir.



Mövzu ilə bağlı politoloq Fuad Heydər Olaylar.az-a açıqlama verib: 

" Ukraynada baş verən Rusiya-Ukrayna müharibəsi artıq pik həddə çatmaq ərəfəsindədir. Təbii ki, Papa XIV Leonun Ukraynada 24 saatlıq atəşkəs elan edilməsi ilə bağlı çağırışı və Rusiyanın bunu təəssüflə qarşılaması ondan ibarətdir ki, çünki  Donald Tramp tərəfindən Rusiya-Ukrayna münasibətlərində sülh istiqamətində müəyyən təşəbbüslər mövcuddur və sülh məsələsinin həlli üçün Ukraynanın bəzi güzəştlərə getməli olduğu bildirilir. Ukrayna buna razılıq versə də, Rusiya bu tələblər yerinə yetirilmədiyi təqdirdə sülhə razı olmayacağını bəyan edir. Təbii ki, Milad ərəfəsində Rusiyanın Papa tərəfindən edilən bu çağırışa qoşulacaqmı, bu, son anda məlum olacaq. Çünki Rusiya adətən qərarlarını son anda açıqlayır və mövqeyini ən sonda ortaya qoyur.  Kremlin dini təşəbbüslərə cavabı artıq Avropa ölkələrində və beynəlxalq siyasi çevrələrdə müsbət qarşılanmayacaq. Çünki Rusiya dövləti açıq şəkildə bildirmək istəyir ki, əgər atəşkəs şərtləri onun maraqlarına uyğun olmazsa, heç bir öhdəlik götürməyəcək və onun üçün əsas prioritetlərdən biri ərazi işğalı siyasətidir. Təbii ki, bu, mahiyyət etibarilə işğalçılıq siyasətidir. Əgər bu cür vəziyyət davam edərsə, beynəlxalq siyasi arenada  Rusiya ilə bağlı münasibətlər daha da mənfi yöndə dəyişəcək və Rusiyaya qarşı təzyiqlər artmağa başlayacaq. Təbii ki, Vaşinqtonda Trampın da məqsədi ondan ibarətdir ki, Rusiya Ukrayna münasibətlərdəki gərginlik bitsin və sülh məsələləri mümkün qədər tez həll olunsun".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31