Ermənistanın Konstitusiyasından ərazi iddialarının çıxarılması vacibdir - Nazir
15:54 SiyasətSülh sazişinin imzalanması baxımından Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması və TRIPP öhdəliklərinin yerinə yetirilməsi vacibdir.
Olaylar.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistanın 30 il ərzində işğal dövründə törətdikləri cinayətlər üçün məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31