AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə dialoqlar davam edir - Ceyhun Bayramov
15:51 SiyasətSon bir il ərzində AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşanıb.
Olaylar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, buna baxmayaraq ölkələrimiz arasında qarşılıqlı dialoq və təmaslar davam edib:
"9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının liderlərin görüşündə Rusiya tərəfinin təyyarənin vurulmasına dair etiraflardan sonra münasibətlər müsbət istiqamətdə irəliləyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31