Azərbaycan milli-mənəvi dəyərlərə malik ölkə kimi tanınır- ÖZƏL
11:51 Siyasət"Prezident İlham Əliyev elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: " Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Azərbaycanda "Təhsil haqqında" Qanun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəni irsinin qorunub saxlanılması və beynəlxalq səviyyədə təbliği istiqamətində aparılan uğurlu fəaliyyət Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına yol açıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda çoxəsrlik tarixi ənənələrə, milli-mənəvi dəyərlərə malik olan müasir ölkə kimi tanınır. Bu isə Azərbaycan gerçəkliklərinin, milli dəyərlərimizin beynəlxalq təbliğində müstəsna əhəmiyyət kəsb edir".