Parlamentdə sürüşkən iş rejiminə keçilməsi təklif edilib
11:37 Siyasət"Tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik. Sürüşkən iş rejiminə keçirilməsin məsələsini biz mütləq həll etməliyik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib: "Avropada və digər ölkələrdə buna keçirilib. Elə müəssisələr var ki, bazar gününü iş günü edə bilər. İnsanların böyük əksəriyyəti öz iş yerinə çatmaq üçün 2 saat öncədən evdən çıxır və evə qayıtmağa da 2 saat vaxt sərf edir. İnsan sübut edirsə ki, onun 2 saatı işə gəlmək üçün tıxacda keçirsə, işdən tez buraxılmalıdır. Hazırda Bakının tıxac probleminin həlli olduqca çətindir. Vətəndaşların, xüsusilə dövlət müəssisələrində işləyən vətəndaşların vəziyyətini yaxşılaşdırmaq barədə düşünməliyik".