Böyük Qayıdış proqramının uğurla icrası dövlətimizin gücünü nümayiş etdirir- ÖZƏL
11:27 Siyasət"Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramının uğurla icrası dövlətimizin iqtisadi imkanlarını və cənab Prezident İlham Əliyevin strateji baxışını bir daha nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda salınan müasir şəhərlər və kəndlər, inşa edilən yollar, hava limanları, enerji və sosial infrastruktur obyektləri bu ərazilərin yaxın gələcəkdə ölkənin ən inkişaf etmiş bölgələrinə çevriləcəyindən xəbər verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Prezident İlham Əliyevin qlobal çağırışlara çevik və məsuliyyətli yanaşmasının bariz nümunələrindən biri də Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi oldu. Bu mühüm hadisə ölkəmizin beynəlxalq nüfuzunun artmasının, ekoloji məsələlərdə məsuliyyətli və təşəbbüskar mövqe tutmasının göstəricisidir. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin qlobal problemlərin həllinə töhfə verən dövlət kimi qəbul olunduğunu təsdiqləyir".