Ermənistanda köhnə ideologiya və yeni Paşinyan siyasəti: Xankəndi hadisəsi kontekstində- ÖZƏL
15:33 SiyasətXankəndidə ağır cinayətlərdə təqsirləndirilən Karen Avanesyanın məhkəməsində polis ifadə verib: Avanesyan silahlı müqavimət göstərib, yaralanaraq saxlanılıb, polisdən biri xəsarət alıb. Xəstəxanada özünü "Ermənistanın qəhrəmanı" adlandırıb. Erməni mətbuatı isə prosesi "oyun" kimi təqdim edir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Nəticə etibarilə bu şəxs həbs edilib və bu, əslində Ermənistanın keçmiş düşüncə tərzi ilə hazırkıdaha doğrusu, "Böyük Ermənistan" xülyası ilə yaşayanlarla Paşinyanın real Ermənistan ideologiyasının artıq konkret kəsişməsini göstərir. Bir tərəfdən hələ də bu ideologiyaya inanan, keçmişini, gəncliyini bu ideologiya əsasında quranlar var, digər tərəfdən gələcək Ermənistan uğrunda yeni bir ideologiya ortaya atılıb. Təbii olaraq, köhnə ilə yeninin kəsişməsi hər zaman baş verir.
Ümumilikdə, Ermənistanın baş verən hadisələri sülh istiqamətində müsbət adlandırmaq olar. Nəticə etibarilə qarşımızda ən azı dialoq apara bildiyimiz, müəyyən mənada şərtlərimizin qəbul edildiyi və sülh istiqamətində qarşılıqlı addımların atıldığı bir vəziyyət var və Ermənistan hakimiyyəti mövcuddur. Belə olan təqdirdə, hər halda sülh istiqamətində bu günə qədər Paşinyan tərəfindən, ən azından Vaşinqton görüşündən bu günə qədər, xüsusi bir addım atıldığının şahidi olmamışam. Bu, atılmayacaq mənasına gəlmir, amma mövcud şərtlər hər halda Ermənistanın əleyhinədir.
Ona görə də Ermənistan tərəfi maksimum dərəcədə ehtiyatlı addımlar ataraq göstərir ki, sülh istiqamətində atılacaq addımlara da qərarlıdırlar. Mən bu prosesi sülh istiqamətində addım kimi qiymətləndirərdim. Dediyim kimi, terrora görə günahkar bilinən şəxslər həbs edilir. Eyni prosesi biz də burda, Qarabağ separatçılarına qarşı həyata keçirmişik. Hər halda, bu, sülh prosesində atılan ümumi addımlar kimi qiymətləndirilə bilər".
Zeynəb Mustafazadə