AZAL təyyarəsi: Bir il sonra hələ də cavabsız qalan suallar - ÖZƏL

Bir il əvvəl, 25 dekabrda   Azərbaycan ictimaiyyəti ağır bir xəbər ilə sarsıldı. "Azərbaycan Hava Yolları"na məxsus J2-8243 Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəza enişi etdi. Rəsmi açıqlamalara əsasən, hadisə nəticəsində 29 nəfərin yaralandığı, 38 nəfərin isə həlak olduğu bildirilib.
Bu qəza hadisəsi region ölkələri arasında təhlükəsizlik əməkdaşlığı və aviasiya siyasətinə hansı təsirləri göstərə bilər?
Bu hadisədən sonra Rəsmi Moskvanın mövqeyi və verdiyi açıqlamalar ikitərəfli strateji tərəfdaşlıq kontekstində necə qiymətləndirilə bilər?


Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"AZAL-a məxsus təyyarənin hava hücumundan müdafiə sistemi ilə Rusiyanın hava məkanında vurulmasından sonra bir sıra mühüm təhdidlər, çağırışlar və təhlükələr yarandı, xüsusilə  Azərbaycan-Rusiya münasibətlərində gərginlik müşahidə olundu. Mən hesab edirəm ki, bu gərginlik bu gün də səngiməyib. Çünki Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçılarının Zirvə Görüşündə Cənab Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirildi və publik şəkildə Putin özünəməxsus şəkildə hadisəni etiraf etdi, eyni zamanda bu cür vəziyyətlərdə necə davranmaq lazımdırsa ona uyğun davranacaqlarını bildirdi. Həmin görüşdən artıq iki ay keçib, görüş oktyabrda baş tutmuşdu, lakin hələ heç bir kompensasiya və hüquqi inzibati  addımların atılmasına şahid olmamışıq. Bu da təəssüf doğuran məqamdır və göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində hələ açıq qalan suallar mövcuddur. Bu sualların mərkəzində təyyarə qəzası dayanır. Digər tərəfdən,  düşünürəm  ki, Azərbaycan beynəlxalq müstəvidə bu məsələyə müraciət etmək üçün hələ də əlində kifayət qədər elementlərə malikdir. Biz təyyarə qəzasının yekun araşdırma nəticələrini gözləyirik. Artıq bir il tamam olub və bir ildən sonra komissiyanın araşdırma və istintaq nəticələrinin açıqlanmasını gözləyirik. Bundan sonra Azərbaycan lazım olan addımları atacaqdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31