Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixracın başlayacağına ümid edirəm - Paşinyan
14:45 SiyasətYaxın zamanda Ermənistandan Azərbaycana malların ixrac olunacağına ümid edirəm.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamada bildirib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətində hər şeyi qəlizləşdirmək vərdişi formalaşıb.
Paşinyan vurğulayıb ki, Qazaxıstan və Rusiyadan Azərbaycandan keçməklə Ermənistana və əks istiqamətə yük qatarlarının hərəkətində heç bir məhdudiyyət yoxdur.
"Hal-hazırda Azərbaycandan Ermənistana idxal var, ümid edirəm ki, Ermənistandan Azərbaycana ixrac olacaq", - o qeyd edib. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31