ABŞ-nin Azərbaycandakı Səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib
13:39 SiyasətBu gün Azərbaycan Hava Yolları aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və Kapitan İqor Kşnyakin, Birinci Pilot Aleksandr Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial media hesabında paylaşım edib.
"Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. Amerika Birləşmiş Ştatları adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq", paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31