Prezidentin Ağdamdakı çıxışı çağırış idi- ÖZƏL

"Dövlət başçımızın Ağdamdan səsləndirdiyi fikirlər daxili və xarici siyasətimiz üçün dəniz fənəridir. Azərbaycan xalqı ona söz verilən həmin reallıqları yaşayır."  Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA deyib:
Cənab Prezident İlham Əliyevin Qarabağa reallaşdırdığı hər səfər xüsusidir. Bu dəfəki səfər isə tamamilə fərqli rakursdan dəyərləndirilməlidir. Çıxışda bunu əsaslandıran bir neçə fikirlər var.
Birincisi o baxımdan ki, dövlət başçımız hər zaman olduğu kimi ad gününü yenə də xalqın içində, xalqla iç-içə keçirdi. İkinci əsas amil ondan ibarətdir ki, dövlət başçımızın iş qrafikinin sıxlığı amilini də nəzərə alaraq Ağdamdan verdiyi mesajlar həm Azərbaycan auditoriyası üçün, həm kənar, beynəlxalq auditoriya üçün olduqca mühüm mesajlardır. Həmin bu mesajların kökündə də iki amil dayanır.

Bunlardan biri səslənişdir, çağırışdır. Cənab Prezident bu səslənişlə üzünü Azərbaycan xalqına tutub deyir ki, heç bir zaman tarixinizi unutmayın, hər zaman güclü olun, ideoloji baxımdan bizi güclü və mübariz olmağa səsləyir. İkinci mühüm məsələ ondan ibarətdir ki, qeyd edilən iş qrafikinin sıxlığı fonunda dövlət başçımız olduqca düzgün, adekvat mesajlar verdi və tarixi vərəqləyərək bildirdi ki, əslində, biz mübarizə apararkən sadəcə Ermənistana qarşı deyil, ifadəsi böyük qüvvələrdən daha çox, vəziyyəti cılızlaşdırmağa çalışan məkirli tərəflərə, amallara qarşı mübarizə aparmışıq. Obyektiv tərəf kimi iştirak etməli olan təsisat da Ermənistanın yanındaydı. Yəni, burada üç deyil, iki tərəf var idi. Bunlardan bir cinahda Ermənistan və ATƏT-in Minsk Qrupu, digər cinahda isə Azərbaycan. İkinci mühüm məsələ ondan ibarətdir ki, dünyanın müxtəlif ocaqlarında yaradılan separatist rejimlərə münasibət bir cür, Azərbaycana isə tamamilə başqa cür idi. Hansısa separatist rejimin rəhbəri heç bir halda əlini-qolunu sallayaraq viza alıb hansısa ölkəyə gedə bilməz. Dərhal qarşısı alınır, dərhal fərqli və qəti adımlar atılır. Azərbaycana münasibətdə isə biz bunun şahidi olmadıq."

Şəbnəm HƏSƏNOVA nın  sözlərinə  görə digər mühüm məsələ ondan ibarətdir ki, Ermənistan kiçik dövlət idi. Bir neçə sanksiyaya məruz qalması belə bəlkə də kifayət edərdi ki, o əməllərinə son qoysun. Amma Ermənistan işğalçı, talançı əməllərinə son qoymadı. Daşı daş üstə qalmağa da qoymadılar. Azərbaycan xalqının maddi nemətlərini sökdülər, dağıtdılar, taladılar: "Digər önəmli amil ondan ibarətdir ki, dövlət başçımız Prezident seçildiyi ilk dəfə, ilk dəqiqələrdə belə Azərbaycan xalqına söz vermişdi ki, bu reallıqları xalqımızda yaşadacaq. Həqiqətən də biz bizə söz verilən həmin reallıqları yaşayırıq. Bunun nəticəsidir ki, artıq Azərbaycanda ikinci Zəfər Tağı açılır. Bu Zəfər Tağları hər bir azərbaycanlı üçün ibadət yeri olmalıdır. Hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır. Dövlət başçımızın çıxışında əsas açar sözlərdən biri ondan ibarət idi ki, Azərbaycan xalqı məkirli qüvvələrin bizə qarşı başlatmış olduğu "soyuq savaşın" sonunu gətirdi. Çünki dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında sülh sazışı möhürləndi. Və yaxud da dövlət başçımızın çıxışında "İsgəndər M" "İskəndər E" raketlərini sıx iş qrafiki reallığında səsləndirməsi, düşünürəm ki, çox mətləblərdən xəbər verir, çox suallara cavabdır, çox məsələlərə yerində göstərilmiş reaksiyadır. Bu əslində ildönümü ərəfəsində bütün Azərbaycan xalqının reaksiyası deməkdir. Biz əbədi sülhə nail olmuşuq, lakin əbədi sülhü daha da möhkəmələndirmək üçün potensial düşmənlərimizdən bir neçə dəfə gücü olmalıyıq. Azərbaycan xalqı güclü olsa da xislətində yoxdur ki, o gücü əzmək, məhv etmək üçün sınasın. 

Bu gün Azərbaycan elə bir reallıq yaradıb ki, "Qarabağ Ermənistandır." deyən kəslər artıq "Qarabağ Azərbaycandır! deyir. Bu da təsadüfün nəticəsi deyil, asan əldə olunan nəticə isə heç deyil və yaxud da Ermənistanın öz xoşu ilə səsləndirdən fikirlər deyil. Azərbaycanın Lideri onları buna məcbur qoydu.

Ermənistanın 5-6 milyard dollarlıq dəyərində ona havayı satılan, pulsuz verilən, peşkəş edilən silahlarını Azərbaycan ordusu yerlə bir etdi. Əslində, beynəlxalq münasibətlərin mövcud durumunda Azərbaycan ordusu bütün aktorların potensial imkanlarının nəyə qadir olduğunu üzə çıxartdı. Ağdamdan səsləndirilən fikirlər həm daxili, həm də xarici siyasətimiz üçün dəniz fənəridir."

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31