Avropa təkbaşına Rusiyanın qarşısında dayanmaq gücündə deyil- ÖZƏL
11:37 Siyasət"Mövcud reallıq onu göstərir ki, Avropa ABŞ olmadan Rusiyanın qarşısında təkbaşına dayanmaq gücündə deyil". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Uzun illər davam edən müdafiə sektorundakı tənəzzül, hərbi sənayenin zəifləməsi və siyasi iradə çatışmazlığı Avropanı faktiki olaraq "dişsiz" vəziyyətə salıb. Avropanın effektiv yenidən silahlanması illər tələb edir. Avropa liderləri indiyədək Kremli real şəkildə cilovlaya biləcək vahid və sərt siyasi iradə nümayiş etdirə bilməyiblər. Bu isə Ukrayna müharibəsi fonunda təhlükəni daha da dərinləşdirir. Qərbdə artıq Putinin imperiya ambisiyalarını əvvəlkindən daha ciddi qəbul etməyə başlayıblar. Avropada geniş yayılmış qənaətə görə, əgər Ukrayna süqut edərsə, növbəti mərhələdə Avropa özü hazırlıqsız yaxalanacağı daha ağır bir təhlükə ilə üzləşəcək".