Xalqın etimadını qazanan güclü ideoloji platforma- ÖZƏL
11:25 Siyasət"Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti müstəqil Azərbaycanın yeni tarixinin mühüm mərhələlərini əks etdirir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib: "YAP yalnız siyasi təşkilat deyil, eyni zamanda milli maraqlara söykənən, xalqın etimadını qazanan güclü ideoloji platformadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi gücünün möhkəmlənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub".
Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31