Zəngəzur dəhlizində iş nə vaxt başlayacaq? – İrəvan açıqladı
10:45 Siyasət"Ermənistan "Tramp Yolu" layihəsinin icrasını "Sülhün kəsişməsi" təşəbbüsünün tərkib hissəsi hesab edir. Bu təşəbbüs Orta Dəhliz, Fars körfəzi-Qara dəniz proqramları ilə tam uyğundur".
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, "Tramp Yolu" (TRIPP) layihəsinin icra və tikinti mərhələsi 2026-cı ildə başlayacaq.
"Ermənistan ABŞ-la "Tramp Yolu" layihəsi üzrə intensiv danışıqlar aparır.
"TRIPP Company" adlı erməni-amerikan şirkəti Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, həmçinin fiber-optik kabellər üçün zəruri infrastrukturun inkişafı hüququnu əldə edəcək", - qurum bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31