Dmitriyev Putinə bu barədə məruzə edib, bundan sonra...

Moskva Ukrayna ilə bağlı mövqeyini Mayamidə danışıqların yekunları üzrə Rusiya Prezidentinə təqdim edilən məlumatlar əsasında formalaşdıracaq, yaxın gələcəkdə isə mövcud kanallar vasitəsilə Vaşinqtonla əlaqələrini davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevin Ukrayna ilə bağlı Rusiya-Amerika danışıqlarının keçirildiyi Mayamiyə səfərinin nəticələrini şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, Dmitriyev artıq Vladimir Putinə əlaqələrin bütün təfərrüat barədə məruzə edib, bundan sonra Rusiya tərəfi öz gələcək mövqeyini formalaşdırmağa və ABŞ ilə dialoqu davam etdirməyə başlayacaq.

Peskov vurğulayıb ki, Rusiyanın mövqeyinin əsas parametrləri amerikalı həmkarlarına yaxşı məlumdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31