İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib
13:50 SiyasətDekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31