Ölkədə siyasi sistemə rasional siyasi davranış modeli gətirilib- ÖZƏL

"Ölkəmizin inkişaf yolunda inamla və ardıcıl şəkildə irəliləməsi, milli maraqların bütün dövrlərdə əsas istiqamət kimi müəyyən olunması güclü Lider faktorunun mövcudluğu ilə birbaşa bağlıdır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi və gələcək taleyi artıq təkcə iqtisadi resurslarla deyil, çevik qərarvermə qabiliyyəti, uzaqgörən strateji baxış və qətiyyətli siyasi iradə ilə müəyyən olunur. Məhz bu keyfiyyətlər müstəqil dövlətimizin formalaşmasının ilk mərhələsindən başlayaraq bugünkü güclü, sabit və özünəinamlı mövqeyədək keçilən yolun əsas dayağına çevrilmişdir. Bu amillər cəmiyyətin birliyini möhkəmləndirən, daxili sabitliyi təmin edən və xalqın gələcəyə olan inamını gücləndirən strateji resurs kimi çıxış edir".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik kursunun uğurla və ardıcıl şəkildə davam etdirilməsi yeni mərhələnin başlanğıcı olub. Bu mərhələ dəyişən qlobal və regional reallıqlara uyğun çevik, rasional və praqmatik idarəetmə modelinin formalaşması ilə səciyyələnir. Xalqa verilmiş bütün vədlərin mərhələli şəkildə, konkret proqramlar və real nəticələr vasitəsilə yerinə yetirilməsi dövlətlə cəmiyyət arasında etibarlı və möhkəm etimad mühitinin yaranmasına şərait yaradıb. Sosial rifahın yüksəlməsi, təhlükəsizliyin təmin olunması və milli maraqların qətiyyətlə qorunması bu etimadın praktik təzahürü kimi cəmiyyət tərəfindən qəbul edilib.

Müdrik siyasi kurs dövlət idarəçiliyinin əsas prinsiplərinə uyğun şəkildə formalaşdırılaraq uzunmüddətli inkişaf strategiyasına çevrilib. Bu amillər ölkənin sürətli və dayanıqlı inkişafını təmin etməklə yanaşı, güclü iqtisadi potensialın yaradılmasına, müasir cəmiyyət quruculuğuna və sosial tarazlığın qorunmasına geniş imkanlar açıb. Təhlükəsizlik məsələləri, müasir ordu quruculuğu, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və institusional islahatlar vahid strateji yanaşma çərçivəsində reallaşdırılır. Nəticədə dövlət beynəlxalq münasibətlər sistemində etibarlı, prinsipial və proqnozlaşdırılan tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu mərhələdə siyasi sistemə rasional siyasi davranış modeli gətirilib. Məntiqi mühakimələrə, analitik təhlilə və milli məqsədlərə əsaslanan siyasi realizm idarəetmənin əsas fəlsəfəsinə çevrilib. Qərarların hesablanmış və strateji əsaslar üzərində qəbul edilməsi dövlət siyasətinin effektivliyini artırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31