Ölkəmizin xoşbəxt gələcəyi İlham Əliyevin quruculuq və inkişaf strategiyası ilə bağlıdır- ÖZƏL
23 Dekabr 11:32 Siyasət"Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması ölkəmizin inkişafında yeni mərhələ açmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Möhtərəm cənab Prezidentin sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olmuşdur. Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açmışdır.
Ölkəmizin davamlı iqtisadi inkişafı xalqımızın və dövlətimizin rifahına yönələn möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişən nəhəng quruculuq işləri sürətlə həyata keçirilir. Məcburi köçkün soydaşlarımız mərhələ-mərhələ ata-baba yurdlarına dönürlər.
Ölkəmizin xoşbəxt gələcəyi cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.
Hörmətli həmkarlar, təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlayaq və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayaq".