“Əminəm ki, prezident İlham Əliyev Azərbaycanı yeni uğurlara aparacaq”- ÖZƏL
11:17 Siyasət"Azərbaycan xalqı milli hədəfə çatmaq üçün qətiyyətlə mübarizə aparıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib: "Əsas hədəfimiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etmək idi. Bu istiqamətdə cənab prezident İlham Əliyev uzaqgörən siyasət yürütdü. Azərbaycan öz ərazi bütövlüyünü təsbit edərək dünyaya sübut etdi ki, nəyə qadirdir. Prezidentin çoxşaxəli fəaliyyəti bir çox ilklərə imza atıb. Yeni hədəflər ortaya qoyulub. Heydər Əliyev yolunu davam etdirərək yeni hədəfə doğru gedirik. Bu yol güclü və çiçəklənən Azərbaycandır. Əminəm ki, prezident İlham Əliyev yürütdüyü siyasətlə Azərbaycanı yeni uğurlara aparacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31