Paşinyan Bakı və İrəvan arasındakı sülhdən danışdı
19:12 SiyasətAzərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.
Öz növbəsində, Putin qeyd edib ki, Moskva və İrəvan arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi göstəriciləri isə təshih edilib. O, həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31