Davamlı inkişafın əsasları və milli siyasi kurs- ÖZƏL

"Müasir Azərbaycan sürətli inkişaf yolu keçən, regional və qlobal miqyasda mövqelərini möhkəmləndirən dövlət kimi tanınır. Bu inkişafın təməlində düşünülmüş və ardıcıl həyata keçirilən daxili və xarici siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilərək yeni keyfiyyət mərhələsinə yüksəldilib. Nəticədə Azərbaycan sabitlik, təhlükəsizlik və tərəqqi modeli ilə seçilən ölkəyə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri Səbinə Gözəlova deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar dayanıqlı inkişafın əsas mexanizminə çevrilib. İqtisadi, sosial və institusional sahələri əhatə edən bu islahatlar dəyişən qlobal şəraitə uyğun çevik idarəetməni təmin edir. Dövlət başçısının islahatları mərhələli və sistemli şəkildə həyata keçirməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşmasına şərait yaradır.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri xalqın bu siyasətə verdiyi yüksək qiymətin bariz ifadəsi oldu. İlham Əliyevin inamlı qələbəsi cəmiyyətin sabitliyə, inkişaf xəttinə və milli maraqlara söykənən liderliyə verdiyi dəstəyin göstəricisidir. Xüsusilə seçkilərin işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi tarixi əhəmiyyət daşıyaraq yeni reallıqların təsdiqi oldu.
Bu gün Azərbaycan vətəndaşının rifahı dövlət siyasətinin mərkəzində dayanır. Sosial ədalət prinsiplərinə əsaslanan yanaşma, gənclərə göstərilən diqqət və regionların inkişafı gələcəyə hesablanmış addımlardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı müasir, güclü və perspektivli dövlətə çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31