AZAL təyyarəsinə həsr olunmuş poçt markası hazırlandı

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb.

Olaylar.az xəbər verir ki, J2-8243 reysinin anımına həsr olunmuş poçt markası sabah ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31