Erməni deputat: Azərbaycanda ideoloji xətt ermənilərə qarşı nifrət üzərində qurulub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Respublikaçı Partiyasının üzvü, müxalif deputat Tiqran Abramyan "Facebook" səhifəsində paylaşım edərək iddia edib ki, 1990-cı illərdən bəri Azərbaycanda siyasət və ideoloji mübarizə guya ermənilərə qarşı nifrət və düşmənçilik üzərində qurulub.

Onun sözlərinə görə, ermənifobiya Azərbaycanda hakimiyyətin uzunmüddətli saxlanılması, hakimiyyətin ata-oğul yolu ilə ötürülməsi və avtoritar idarəetmənin formalaşdırılması üçün "obyektiv əsas" kimi istifadə olunub.(?)

Abramyan bildirib ki, Ermənistan hakimiyyətinin birtərəfli güzəştlərinə, ardıcıl məğlubiyyətlərə və Azərbaycan tərəfinin təriflənməsinə baxmayaraq, Bakıda bu günədək daxili sabitliyi qoruyacaq və mövcud idarəetməni ideoloji cəhətdən əsaslandıracaq yeni konsepsiya formalaşdırılmayıb. Onun fikrincə, bu, Prezident İlham Əliyev hakimiyyəti üçün ciddi problemdir.(?)

Erməni deputat vurğulayıb ki, məsələ hakimiyyətin süqutu deyil, Azərbaycan dövlətinin inkişaf məntiqinin hakimiyyətin iradəsindən asılı olmayaraq dəyişməsidir.

Abramyan iddia edib ki, Azərbaycanın maksimalist tələbləri artıq təmin edilsə də, Bakı yeni tələblər və süni problemlər irəli sürür, bu da yaranmış yeni vəziyyətə uyğun ideoloji əsasların formalaşdırılmaması ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31