Amnistiya başladı: ilk olaraq 22 nəfər qadın azadlığa buraxılır
11:03 SiyasətPrezident İlham Əliyevin təşəbbüsü əsasında "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərarın icrasına başlanılıb.
Olaylar.az xəbər verir ki, amnistiya aktının icrası ilk olaraq 4 saylı cəzaçəkmə müəssisəsində həyata keçiriləcək.
Belə ki, 22 nəfər qadın məhkum azadlığa buraxılacaq (cəzasının çəkilməmiş hissəsindən azad olunacaq).
Onlardan ikisi azyaşlı övladı ilə məhkumluq həyatı yaşayan qadındır.
Qeyd edək ki, amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya, həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.