Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monteneqro Xarici İşlər Nazirliyi arasında konsulluq işləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabındakı paylaşımda qeyd olunub.

Bildirilib ki, sənəd ikitərəfli konsulluq əməkdaşlığını gücləndirməyi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmağı hədəfləyir.

Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31