“Bu, müasir tariximizdə ən böyük amnistiya aktlarından biridir”-Vitse-spiker
12:43 Siyasət"Prezidentin amnistiya təşəbbüsü tərbiyəvi əhəmiyyəti olduqca böyükdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.Vitse-spiker qeyd edib ki, bu amnistiya aktında vətən müharibəsi iştirakçılarının və onların yaxınlarının daxil edilməsi mühüm önəm kəsb etmir: "Bu layihə təkcə müharibə iştirakçılarını deyil digər sosial qrupları da əhatə edir. Həmçinin bu cəza siyasətinin islahyönülmü bir yanaşmasıdır".
Ziyafət Əsgərov deyib ki, bu müasir tariximizdə ən böyük amnistiya aktlarından biridir: "Sözsüz ki, ölkəmizin tarixində amnistiya və əfvlərlə bağlı addımlar mühüm yer tutur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31