Parlament Aministiya Aktını qəbul etdi
12:33 SiyasətMilli Məclis "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsini qəbul edib. Amnistiya ilə bağlı qərar qəbul olunacağı gündən qüvvəyə minəcək və dörd ay ərzində icra olunacaq. "Olaylar" məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib
Qeyd edək ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.