Avropa Parlamentinin qətnaməsi təxribat xarakterlidir-Vitse-spiker

"Avropa Parlamenti suveren dövlətin daxili işlərinə qarışmağa çalışır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədr müavini Əli Əhmədov deyib. Vitse-spiker qeyd edib ki, Azərbaycan Avropa Parlamenti kimi təşkilatların özünün daxili işlərinə qarışmağa imkan verməyəcək: "Onlar kənardan ölkələrin daxilində təxribatlar törətmək üçün müxtəlif qüvvələri idxal etməyə çalışıb. Avropa Parlamentinin Azərbaycana qarşı təxribat xarakterli qətnaməsi cəmiyyətimiz tərəfindən də pislənilənəcək. Çünki bu növbəti anti-Azərbaycan yanaşmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31