Deputatımız APA-nın komitə iclasına qatılacaq
19 Dekabr 11:11 SiyasətMilli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 21-də bu təşkilatın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Qətər dövlətinin Doha şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclas çərçivəsində təşkilatın büdcəsi, maliyyə planlaşdırması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər dekabrın 25-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31