Abbasovu ermənilər varlandırıb? – Xanımının adını dəyişdi, qayınanası isə… – İnanılmaz detallar

 

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla bağlı istintaq çərçivəsində maraqlı detallar üzə çıxıb.

Məlumata görə, Abbas Abbasovun qayınanası, 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş Göharik Voskanovna adlı erməni olub, sonradan adı Gövhər olaraq dəyişdirilib. Abbas Abbasov baş nazirin birinci müavini olduqdan sonra erməni qayınanası məcburən islam dinini "qəbul edib". İddialara görə, o, vəfat etməmişdən öncə isə erməni qohumlarının adlarını sadalayaraq, Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbasov sevimli qayınanası vəfat edəndə belə Azərbaycana gələ bilməyib.

A.Abbasov həyat yoldaşı Bella Nobilovnanın (Nobil qızı) da adını dəyişdirərək Bilqeyis qoyub. O, Xarici Dillər Universitetində çalışıb, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alıb. On il ərzində qiyabi şəkildə elmlər namizədi olub, dosent adına yiyələnib. Onun akademik fəaliyyəti ilə bağlı şübhəli məqamlar olduğu iddia edilir.

Ermənilərlə qohumluğu Abbasovun biznes fəaliyyətində də rol oynayıb. İddialara görə, onun Ermənistan və Rusiyada biznes əlaqələri var.

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan Respublikasının vətəndaşlarına və ölkənin maraqlarına, mənafelərinə qarşı cinayət törətmiş və yaxud bu kimi əməllərdə şübhəli bilinən heç bir şəxs cinayət təqibindən və təqsiri sübut olunduğu halda isə cəzadan kənarda qalmır:

"Eyni zamanda heç bir beynəlxalq subyekt bu kimi ictimai təhlükəli xarakter daşıyan əməllərin törədicisinin himayəçisi qismində sonadək özünü doğrultmur. Ramiz Mehdiyev barəsində başlanmış cinayət təqibi çərçivəsində araşdırmaların Azərbaycan Respublikasının Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasova uzanması və onun şübhəli şəxs qismində axtarışa verilməsi fonunda da, əminliklə demək olar ki, adıçəkilən şəxsin cinayət təqibindən yaxa qurtarması hər hansı formada mümkün olmayacaq. Əgər kimsə Abbasovun Rusiya tərəfindən himayə olunaraq cinayət təqibindən yayına biləcəyinə dair eyforiyalara qapılırsa, yanılır. Heç şübhəsiz, Rusiya aidiyyəti istiqamətdə hüquqi bazisə və əlaqəli müqaviləyə malik olduğu Azərbaycanla münasibətlərini hansısa keçmiş məmura qurban verə bilməz".

Abbasovu ermənilər varlandırıb? - Xanımının adını dəyişdi, qayınanası isə... - İnanılmaz detallar
Bəhruz Məhərrəmov

Deputat bildirib ki, ötən ilin dekabrında Azərbaycan təyyarəsinin vurulması ilə əlaqədar müşahidə olunan gərginliyin ardınca Rusiya rəhbərliyinin ən ali səviyyədə Bakıdan üzr istəməsi qeyd olunan arqumentləri daha da gücləndirir:

"İndiki məqamda Abbas Abbasov vəziyyəti düzgün təhlil etməli və cinayət təqibi orqanları ilə əməkdaşlıqdan yayınmamalıdır. O unutmamalıdır ki, Azərbaycan dövlətinin, həmçinin istintaq orqanlarının əsas vəzifəsi kimisə cəzalandırmaq yox, törədildiyi ehtimal olunan cinayətlərin araşdırılması və ictimai təhlükəli əmələ görə şəxsin təqsirli olub-olmadığını müəyyən etməkdir. Bu baxımdan könüllü şəkildə cinayət təqibi orqanlarının çağırışlarına müsbət reaksiya verərək istintaqla əməkdaşlıq etmək ən doğru yoldur və hətta təqsiri məhkəmə qaydasında sübut olunduqdan sonra belə cəza tətbiq edilərkən şəxsin istintaqla əməkdaşlığı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə alına bilər.

Abbasovun qeyd olunan hüquqi imkanları nəzərə almayaraq istintaqdan yayınmaqda davam etməsi ona müsbət heç nə vəd etmir".

Siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Prezident Administrasiyasının kecmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra heyrət doğuran məlumatlar üzə çıxır:

"Ölkəmizin idarə olunmasında mühüm dövlət vəzifələri tutmuş şəxslərin ikili fəaliyyətinin ağır nəticələri illər boyu hiss edilib. Bütün bunların səbəbi isə indi bəlli olur.

Ermənistanla müharibə şəraitində olduğumuz dövrdə ermənilərlə qohumluğu olan şəxslərin milli maraqlara zərbə vuran əməlləri, həqiqətən qəbul edilməzdir. Yəni qohumluq əlaqələri insanı dövlətinə, xalqına qarşı bu qədər, yumşaq desək, ögey münasibət bəsləməyə vadar edə bilərmi! Axı onlar Azərbaycan dövlətinin sayəsində yüksək mövqe qazanıb, vəzifə əldə ediblər. Bunun müqabilində xəyanət etmək nə dərəcədə doğrudur?! Bu, insani keyfiyyətlərin itirilməsi deməkdir.

Abbasovu ermənilər varlandırıb? - Xanımının adını dəyişdi, qayınanası isə... - İnanılmaz detallar
Mütəllim Rəhimli 

Təbii ki, xəyanət bağışlana bilməz. Ona görə də hüquq-mühafizə orqanları ölkəmizdə baş vermiş bu prosesi dərindən araşdırmalıdır. Çox güman ki, bu, böyük bir şəbəkənin işidir. Onlar bütün sahələrdə və istiqamətlərdə milli maraqlara və təhlükəsizliyə zərbə vurublar. İstintaq davam etdikcə, bir çox mətləblərə aydınlıq gətirilir. İnanıram ki, günahkarlar layiqli cəzalarını alacaqlar".

Turan Rzayev
Globalinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31