"Rus Evi" ətrafında suallar: hüquqi çərçivə, siyasi fon və humanitar maraqlar- ÖZƏL
17:24 Siyasət"Azərbaycan paytaxtında "Rusiya evi"nin təsisatı ilə bağlı hökumətlərarası razılıq 1997-ci ilin iyulunda əldə edilmiş və bu müddət ərzində qurumun fəaliyyəti məlum razılaşmanın prinsiplərinə nəzərən həyata keçirilmişdir. Rusiya tərəflər arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsində məlum təsisatın çox böyük və faydalı iş gördüyünü, ali məktəblər arasında münasibətlərin,elmi əlaqələrin genişlənməsində Rus evinin özuməməxsus rol oynadığını bildirir. 2025-ci ilin fevralında rəsmi Bakı "Rus evi"nin bəzi əməkdaşlarını Azərbaycan əleyhinə casusluqda ittiham edən bəyənatla çıxış etdi. Rusiyada Azərbaycan diasporasının bir sıra şəhərlərdəki təmsilçiləri ağır cinayətlərdə ittiham olunub həbs olunanda Bakıda "Rus evi"nin bir sıra əməkdaşlarını xarici agentura şəbəkələri ilə əlaqələrdə şübhəli bilib həbs etdilər,bütün bunlar "Rus evi"nin də fəaliyyətinə təsirsiz ötuşmədi".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Hazırda tərəflər arasında Xarici İşlər Nazirliklərinin müvafiq departamentləri səviyyəsində gedən danışıqlarda "Rus evi"nin gələcək müqəddaratı ilə bağlı problem müzakirə obyektidir. Rəsmi Bakı qurumun Ədliyə Nazirliyində indiyədək qeydiyyatdan keçməməsi ilə bağlı məsələni qabardır, bundan əlavə "Rus evi"nin icarəyə götürdüyü ofisin hüquqi sahibi daşınmaz əmlak üzərində mülkiyyətçi hüququndan çıxış edərək əmlakı satışa çıxardığını bildirir və buna görə də, Rus evinə icarə üçün başqa yer axtarmağı tövsiyyə edir. Bununla belə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəhbəri Mixail Kaluqin Rus evinin Bakıda gələcək varlığı ilə bağlı məsələlərə münasibətdə nikbindir və bu problemin dövlət başçıları arasında baş tutacaq növbəti göruşdən sonra həllini tapacağına ümidvar olduğunu bildirib.
Rus evinin dövlətlərarası münasibətlərdə humanitar sahədə əlaqələrin genişlənməsinə indiyədək verdiyi töhfə nəzərə alınarsa, onun gələcək fəalliyətinin nizamı ilə bağlı məsələlər ətrafında tərəflərin razılığa gələcəyini düşünmək olar. Maraqlıdır ki, Rus evinin fəaliyyəti, gələcək durumu ilə rəsmi Paris və Moskva arasında münasibətlərdə də, dilemma yaranıb. Lakin, o da maraqlıdır ki, Bakıdan fərqli olaraq Parisdə Rus evi tam leqal və qanuni əsaslarla fəaliyyət göstərmişdir. Bakıda Rus evinin fəaliyyəti qanunvericilik baxımından suallar doğurmasın deyə, Rusiya tərəfi onun da, qeydiyyatdan keçib, leqal əsaslarla fəliyyət göstərməsi üçün Ədliyə Nazirliyinə müraciət etməyə hazır olduğunu bildirir.
Etiraf etmək lazımdır ki, Qərb MDB çatında Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif vasitələrə əl atır, Rus dilinin sıxışdırılması üçün müraciət edilən üslublardan biri də rus dilinə ünsiyyət dili kimi Qərbdəki bəlli institutların apardıqları mübarizədir. Azərbaycana gəlincə ölkəmiz multikultirial ənənələri, digər xalqların dil və mədəniyyətinə, dini baxış və əqidələrinə qanunvericilik bazasında hörmət və sayqı ilə yanaşan dövlətlərdəndir. Rus dili təhsil, mədəniyyət, mətbuat və KİV-lərdə ünsiyyət dili kimi statusunu saxlayır və yəqin ki, Rus evinin gələcək müqəddaratı ilə bağlı məsələlərə bu amillər də, təsirsiz ötuşməyəcək".