Çoxvektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir
16:24 Siyasət"2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilərək müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində səsvermə təşkil olundu. Bu həmçinin Azərbaycan tarixinə zəfər seçkisi kimi daxil oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "İlham Əliyevin 22 illik Prezidentliyi dövrü Azərbaycan iqtisadiyyatı sürətli artım və inkluziv və balanslı inkişaf dövrü kimi xarakterizə olunur. Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir.
Bu dövr eyni zamanda Azərbaycanın xarici siyasətdə çoxsaylı uğurlara imza artması ilə yadda qaldı. Türk dünyası və Şərqi ilə əlaqələrini gücləndirən Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərin inkişaf etdirilməsi daha da prioritetləşib. Çox vektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir".
Alim