Aministiya dövlətin və onun liderinin humanizminin bariz göstəricisidir - ÖZƏL

"Konstitusiya və Suverenlik İli" elan olunmuş 2025-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Prezident İlham Əliyevin bu il çərçivəsində amnistiya aktı irəli sürməsi ən mühüm hadisələrdən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəlyeva deyib: "Belə ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Dövlət başçısının təşəbbüsü ilə amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu fakt bir daha dövlətimizin və onun liderinin humanizminin bariz göstəricisidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31