Tramp yolu və alternativ nəqliyyat marşrutları: Bakıdan dünya bazarı ilə bağlantı- ÖZƏL 

Ermənistanın İrandakı səfiri Qriqor Akopyan "Təsnim" agentliyinə bildirib ki, "Tramp yolu" layihəsi çərçivəsində  Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən vahid dəmir yolu şəbəkəsinin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, iki ölkənin müvafiq qurumları arasında dəmir yolunun bərpası və istismarı ilə bağlı artıq ikinci texniki müzakirələr keçirilib ki, bu da layihənin praktik mərhələyə keçdiyini göstərir.
Bu dəmir yolu təşəbbüsü  Azərbaycanın nəqliyyat strategiyası və regional maraqları ilə nə dərəcədə uzlaşır? Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
"Balans tərəfdən bu yolun yaratdığı əsas struktur ondan ibarət olacaq ki, artıq bütün Cənubi Qafqaz sülhə doğru irəliləyəcək. Ermənistan-Azərbaycan arasında nəqliyyat və kommunikasiya xətləri açılacaq, əlaqələr formalaşacaq. İndi nəqliyyat əlaqələri, daha sonra iqtisadi əlaqələr, ticarət münasibətləri və s. inkişaf edəcək. Bu da bölgədə sülhün möhkəmlənməsinə gətirib çıxaracaq.
Artıq düşmənçilik münasibətləri sona çatacaq. Ticarət əlaqələri, dostluq münasibətləri, qonşuluq siyasəti yavaş-yavaş onların yerini alacaq. Məsələn, bir tərəfdən bu belədir. Digər tərəfdən, görünür ki, məsələni təkcə  Azərbaycan-Ermənistan kontekstində deyil, Azərbaycan-Ermənistan-Gürcüstan kontekstində həll edilməsi   istənilir. Yəni burada faktor olaraq Cənubi Qafqazda vahid dəmir yolu infrastrukturu yaradılması nəzərdə tutulur.  Dəmir yolu xətləri birləşəcək, vahid nəqliyyat şəbəkəsi formalaşacaq. Bu, həm Gürcüstanın narazılıqlarını aradan qaldıracaq, həm də bölgədə hər üç ölkənin qarşılıqlı iqtisadi əlaqələrini təmin edəcək və bölgədə hər üç ölkə üçün qarşılıqlı əməkdaşlıq şəbəkəsi yaranacaq. Bununla yanaşı, buna qarşı çıxan ölkələr də var, xüsusən  İran və Rusiya. Rusiya Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmır və hətta əsas dəstəkçilərini də bilir. Amma Rusiya istəyir ki, dəhliz öz nəzarətində olsun. ABŞ isə buna razı olmayacaq. Tramp yolunun adı verildiyi üçün bu dəhlizin çəkilməsini təmin etmək istəmir. Üçüncü tərəfdən, İran da bu yolun çəkilməsini istəmir və müəyyən qədər buna təsir göstərir. Düşünürəm ki, burada bir ortaq mövqe tapılacaq. Məsələn, Rusiyanın Tramp yoluna qoşulması ilə bağlı müraciət xəbəri də son zamanlar yayıldı. Mümkündür ki, burada ortaq əməkdaşlıq formatı tapılsın.
Bu yolun çəkilməsi Azərbaycan üçün alternativ imkanları artırır. Hazırda Azərbaycan üçün əsas yol Gürcüstan vasitəsilə xaricə çıxır. Bu yolda müəyyən məhdudiyyətlər və asılılıqlar var. Amma yeni yol inşa olunsa, çox yaxın zamanda Azərbaycanın alternativ nəqliyyat imkanları olacaq. Yeni yol, məsələn, Bakı-Qafqaz istiqamətində birləşərək vahid nəqliyyat şəbəkəsi yarada bilər. Bu həm infrastruktur inkişafı baxımından, həm də Çin mallarının və digər yükün daşınması baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanın şərq qərb  istiqamətində ticarət əlaqələrini genişləndirmək üçün vacibdir.
Azərbaycan məsələyə kompleks yanaşır. Qara dənizdə limanlarda aktiv fəaliyyət göstərib və pay sahibi olub. Xəzər dənizində yeni limanlar inşa edib, köhnə limanları təmir edib. Faktiki olaraq, burada böyük bir mərkəzi ticarət və nəqliyyat formalaşdırmağa çalışılır. Tramp yolu da bu strategiyanın bir hissəsidir.
Əsas olaraq, Tramp yolu Azərbaycanın qalan hissəsi ilə Türkiyəni birləşdirən strateji yol funksiyasını da yerinə yetirir".

Zeynəb  Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31