Humanizm siyasəti bu gün uğurla davam etdirilir- ÖZƏL

"Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu  təsis edib,  Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb.  Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında qərarların verilməsi cəmiyyətimizdə rəğbətlə qarşılanır. Humanizm siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "1995-2003-cü illərdə ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31