II Qaregin tərəfdarlarından qiyamçıların aksiyasına reaksiya bəyanatı

Eçmiədzinin (Üçkilsə-M.) Ana taxtı qiyamçı yepiskopların bu gün bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə mitinqə toplaşmaq çağırışından və bununla bağlı yaranmış gərginlikdən narahatdır.

Musavat.com-un məlumatına görə, II Qaregin tərəfdarlarının yaydığı bəyanatda deyilir ki, Kilsə ierarxları ağlı başına gəlməyə və xalqı təhlükəli iğtişaşların qarşısını almaq və müstəsna olaraq kilsə qanunları çərçivəsində hərəkət etmək üçün məsuliyyət hissi nümayiş etdirməyə çağırır. "Ermənilərin mənəvi mərkəzinin dincliyini və dua mühitini pozaraq, bədnam saxta gündəmdən istifadə edərək dindarların hissləri ilə bağlı spekulyasiyalar aparmağa, nifaq salmağa ehtiyac yoxdur", - deyə bəyanatda vurğulanır. Eçmiədzin dindarları sakit olmağa və təxribat xarakterli bəyanatlara uymamağa, həmrəy olmağa və Kilsəyə sadiq qalmağa çağırıb.

Erməni mediası həmçinin yazır ki, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma baş nazir Nikol Paşinyanın ruhanilərə qarşı sərt ifadələri və dövlət üçün əsas rolu nəzərdə tutan katolikosun seçilməsi prosedurunu dəyişdirmək təşəbbüsündən sonra daha da güclənib. Bu fonda əvvəllər üç yeparxiyanın rəhbərləri müxtəlif ittihamlarla həbs ediliblər: arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, yepiskop Mkrtiç Proşyan, həmçinin Eçmiadzin Ana taxtının kanserinin rəhbəri Arşak Xaçatryan. Kilsəyə ayağa qalxan iş adamı və xeyriyyəçi Samvel Karapetyan "Bütün bunlarda özümüzə məxsus şəkildə iştirak edəcəyik" dediyi üçün həbs edilib.

Qeyd edək ki, N.Paşinyanın "stavka" etdiyi arxiyepiskoplar bəyanat yayaraq xalqı bu gün saat 17.00-da Eçmiədzinə, II Qareginin istefası tələbi ilə keçiriləcək aksiyaya dəvət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31