Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib - FƏRMAN

Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə "Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında - "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə" sözləri yazılmış yeni bənd əlavə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31