Zəngəzur dəhlizi inkarolunmayacaq reallıqdır- ÖZƏL
13:49 Siyasət"İranda Zəngəzur dəhlizi ilə bağlı bir-birinə əks iki mövqe mövcuddur. Bunlardan biri Prezident Məsud Pezeşkian və komandasının baxışlarıdır, hansılar ki, regional inteqrasiyada maraqlıdırlar və Azərbaycanla münasibətlərə xüsusi önəm verirlər. Bu səbəbdəndir ki, İran xarici işlər naziri Azərbaycanda səfərdə olarkən bildirdi ki, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı Prezidentdən konkret göstərişlər gəlib." Bu sözləri Olaylar.az-aaçıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVAdeyib:"Digər mövqe isə İranın ali dini rəhbəri ayətullah Əli Xamenei və ona yaxın olan mühafizəkar insanlara malikdir. Bu fərqlilik İranın uzunmüddətli xarici siyasət strategiyasında, aldığı qərarlarda da özünü göstərir. Xamenei və tərəfdarları ABŞ-nin regiona potensial istənilən yaxınlaşmasını istəmirlər. Burada yanaşma o qədər sərtdir ki, izolyasiya siyasəti belə istənilən amildən, şansdan üstün tutulur. Məsələ isə ondan ibarətdir ki, Azərbaycan müharibə bitər-bitməz ilkin olaraq regional ölkələri prioritet tutaraq açıqlamalar verdi, addımlar atdı. 3+3 platforması da məhz belə doğuldu. Zəngəzur dəhlizi İranın regional aktorlarla münasibətlərini kifayət qədər yumşaq bir inkişaf xətti üzərinə köçürəcəksə, həm də xarici siyasətdə manevr imkanlarını genişləndirəcək. Zəngəzur dəhlizi nə İranın, nə də hər hansı bir aktorun əleyhinə olmadan iqtisadi və siyasi dividentlərlə dolu bir layihədir. "
Şəbnəm Həsənovanın sözlərinə görə son zamanlarda Ermənistanın da ritorikası müsbət istiqamətdə qurulub. Əli Əkbər Vilayətinin TRIPP layihəsində ABŞ şirkətinin iştirakı ilə bağlı narahatlıq bildirməsi proseslərə regional inteqrasiya prizmasından baxmaqdan daha çox, ənənəvi ABŞ-İran münasibətləri üzərindən dəyərləndirilmə ilə bağlıdır:"Halbuki, İranın milli maraqlarına zidd olan bir amil yoxdur. Bu fikri gücləndirən ikinci amil odur ki, ABŞ Prezidenti Donald Tramp digər regionlarda olan münaqişələrdən, mürəkkəb məsələlərdən fərqli olaraq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı fikrini daha dəqiqləşdirə, konkretləşdirə bilib. Bu da sülh və əməkdaşlığa verilən önəm deməkdir. İran sadəcə həm iqtisadi, həm də siyasi baxımdan maksimalist davranmaq istəyir ki, birinci amil üzrə bütün nəqliyyat və kommunikasiyalar öz ərazisindən keçsin, gəliri daha çox olsun, ikinci amil üzrə isə ən maksimum səviyyədə olmasa belə, regionda digər aktorların mövqey İrandan daha çox olmasın.
Nə Zəngəzur dəhlizini, nə TRIPP layihəsini inkar edəcək, mane olacaq, maneə törədəcək mərhələdiyik, nə də belə alovlu fikirlər, özünü təcrid etmək ən məqbul halda bizə ziyan olmayacaq. Odur ki, taktiki deyil, strateji hədəflərə fokuslanmaq bunun üçün də praqmatik addımlar atmağın zamanı İran üçün çoxdan keçib. Bu şansı maksimum dəyərləndirmək üçün vaxt keçirmək olmaz."
İbrahim Məmmədli