YAP qalib partiyaya çevrilib-Özəl
11:39 Siyasət"Yeni Azərbaycan Partiyası Ümumilli Lider Heydər Əliyev tərəfindən çətin bir şəraitdə yaradılsa da qısa zaman ərzində iqtidar partiyasına çevrilmiş və sonrakı dövrdə xalqın böyük səs çoxluğunu qazanaraq qatıldığı bütün seçkilərdə qalib partiya olmuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov bildirib: "Müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının sıralarının gündən-günə genişlənməsi cəmiyyətin dövlət başçısına və partiyaya olan dərin inamının bariz göstəricisidir. Hazırda "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyəti malikdir. Ərazi partiya təşkilatları bu işdə xüsusi fəallıq nümayiş etdirirlər".