NATO baş katibinin müavini Azərbaycana səfər edəcək
15:46 SiyasətNATO baş katibinin müavini Radmila Şekerinska gələn ilin ilk yarısında Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə NATO-nun rəsmi nümayəndəsi məlumat verib.
"Proqram və tarixlər daxil olmaqla səfərlə bağlı daha ətraflı məlumat müəyyən olunmuş qaydada açıqlanacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, bu səfərdən əvvəl, 2025-ci ilin sonlarında bir sıra məhsuldar yüksək səviyyəli görüşlər keçirili. Həmin görüşlərə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq sammitlər çərçivəsində Radmila Şekerinska ilə apardığı danışıqlar, eləcə də 2025-ci ilin noyabrında NATO-ya üzv ölkələrin 15 səfirindən ibarət nümayəndə heyətinin Bakıya səfəri daxildir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31