Əfv və amnistiyanın yeni mərhələsi- ÖZƏL
15:27 Siyasət"Azərbaycanın müstəqillik dövründə qazandığı ən böyük nailiyyətlərdən biri hüquqi dövlət quruculuğunun humanist prinsiplər üzərində aparılmasıdır. Əfv və amnistiya aktları bu prosesdə mühüm yer tutur və cəza siyasətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin edir. Bu yanaşma cəmiyyətin inkişaf səviyyəsini əks etdirən göstəricidir". "Olaylar" xəbər verir ki, bunu Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri Salman Ağalarov deyib: "Xüsusilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü humanizm ənənəsinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət suverenliyinin tam bərpası fonunda atılan bu addım cəza siyasətinin tərbiyəvi mahiyyətinə verilən önəmin ifadəsidir. Burada məqsəd cəzalandırmaqdan daha çox, islah etməkdir.
Amnistiya aktının geniş əhatə dairəsi onun sosial əhəmiyyətini daha da artırır. Müharibə iştirakçıları və onların ailə üzvləri, qadınlar, yaşlılar və yetkinlik yaşına çatmayanlar kimi kateqoriyaların nəzərə alınması dövlətin sosial məsuliyyət anlayışını aydın şəkildə ortaya qoyur. Bu yanaşma humanizmin selektiv deyil, ümumbəşəri prinsip olduğunu təsdiqləyir.
Beləliklə, əfv və amnistiya institutları Azərbaycanda yalnız keçmişin mirası deyil, müasir dövlət idarəçiliyinin aktiv alətidir. Onlar hüquqi islahatların sosial məzmununu zənginləşdirir və vətəndaş-dövlət münasibətlərində etimadı gücləndirir".