Amnistiya barədə qərar layihəsi parlamentdə müzakirə olunub
19:02 SiyasətDekabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda komitə sədri Əli Hüseynli bildirib ki, ölkə Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Bugünkü iclasın birinci məsələsi də "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərar layihəsidir. Bu layihə 4 hissədən ibarətdir. Komitə sədri layihənin Amnistiya tətbiq edilən şəxslərin dairəsi, Amnistiyanın tətbiqinə məhdudiyyətlər, Amnistiya aktının hüquqi qüvvəsi və Amnistiyanın tətbiqi qaydaları adlı hissələri barədə məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31