Ərdoğandan SON DƏQİQƏ sülh açıqlaması: Gələn ilin əvvəlində...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduqlarını bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə o, 16-cı Səfirlər Konfransında deyib.

Türkiyə prezidenti qeyd edib ki, "Biz Azərbaycanla dialoq aparırıq və eyni zamanda Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəlilədirik".

O həmçinin əlavə edib ki, gələn ilin əvvəlindən bu istiqamətdə bir neçə simvolik addımın atılması planlaşdırılır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31