Azərbaycan hərbi təhlükəsizliyini möhkəmlədir- ÖZƏL

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında" qanun qəbul edilməkdədir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Qanuna əsasən tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.
Xatırladım ki, Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Beləcə, həm Şuşa Bəyannaməsi, həm də parlament tərəfindən qəbul ediləcək yuxarıda adı çəkilən məsələ Azərbaycan üçün mühüm tarixi addımlardır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31