“Biz kimdənsə torpaq istəmirik, amma o torpaqlar bizi istəyir”- ÖZƏL
15:35 Siyasət"Ermənistan baş nazirinin imperiyanın oradakı və Qarabağdakı agentura şəbəkəsinin ötən əsrin sonunda başlatdığı Qarabağ hərakatıyla Qərbi Azərbaycan İcmasının fəaliyyətini eyniləşdirməsi yolverilməzdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Paron Paşinyan bilməlidir ki, nə Azərbaycan dövləti, nə də Qərbi Azərbaycan İcması onun ölkəsinə qarşı ərazi iddiasındadır. Biz kimdənsə torpaq istəmirik, amma o torpaqlar bizi istəyir, bizi çəkir və biz ora gedəcəyik, çünki məsələn, Ermənistanın keçmiş rəhbəri Levon Ter-Petrosyandan fərqli olaraq ora bizim yurd yerimizdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31