Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü
14:42 SiyasətBaş nazir Əli Əsədov dekabrın 16-da Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Bu barədə Olaylar.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın Rusiyanın müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub.
Ticarət-iqtisadi və investisiya sahələrində qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.
Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib.
Söhbət zamanı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.